Milli Net 2011 üçün qeydiyyat prosesi davam edir

sx_293482301_dpMilli Net 2011 Təşkilat Komitəsinin toplantısı keçirilib.
Toplantıda Müsabiqənin gedişi ilə bağlı məsələ müzakirə edilib. Müzakirələrdə Müsabiqə ilə bağlı işlərin nəzərdə tutulmuş fəaliyyət planı əsasında davam etdiyi, qeydiyyat prosesinin başa çatmasına az bir müddət qaldığı bildirilib.

Hazırda qeydiyyat  davam edir və Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.

Təşkilat Komitəsi bildirir ki, Milli Net 2011 başlanandan indiyədək 1500 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 300-dən çox  sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib.

Hələlik daha çox  sayt  Bloqlar, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil,  Xidmət(Servis) nominasiyaları üzrə qeydiyyatdan keçib.  80  sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə hələlik  müsabiqəyə buraxılmamışdır. Müsabiqəyə buraxılmamağın əsas səbəbləri isə əvvəlki illərdə olduğu kimi  bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi  olub.

Təşkilat Komitəsi  bildirir ki, Müsabiqənin şərtlərinə görə Müsabiqədə iştirakından imtina  edilən saytlar imtina ilə  bağlı səbəbləri aradan qaldırdıqdan sonra  Müsabiqədə iştirakla  bağlı yenidən müraciət edə bilərlər. Qeydiyyat prosesi başa çatanadək yenidən müraciət etmək mümkündür.

Toplantıda Müsabiqə iştirakla bağlı işlərin canlandırılması və bu məqsədlə bir daha Müsabiqə ilə bağlı məlumatların müxtəlif üsullarla yayılması, dövlət və korporativ resursların müsabiqəyə diqqətinin artırılması istiqamətində informasiya yönümlü tədbirlərin keçirilməsi vacib hesab edilib.

Təşkilat Komitəsi bir daha  bildirir ki,  qeydiyyat prosesinin 15 noyabr tarixdə  başa çatdırılması nəzərdə tutulub. İlkin  səsvermə 15 Noyabr tarixdə başlayacaq və hər Nominasiya üzrə Nominantlar müəyyən olunacaq.  15 dekabr tarixədək yekunlaşacaq sonuncu səsvermə prosesində Nominantlat arasından qaliblər  seçiləcək.

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli Net-2011 Müsabiqəsinə Azercell və DeltaTelekom  şirkətləri dəstək verirlər.

Daha geniş məlumat www.millinet.az   saytında yerləşdirilib.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>