Azərbaycan İnternet Forumunun Məlumatı

AİFAzərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.
Toplantıda AİF tərəfindən RİTN və Delta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Milli Net –Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, Google şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib.
Toplantıda ölkədə ADSL istifadəçilərinin sayı ilə bağlı AİF tərəfindən edilən müraciətə RİTN-nin verdiyi cavab müzakirə olunub. Cavabda bir sıra informasiyalar açıqlansa da , internetin keyfiyyətinə ictimai nəzarəti gerçəkləşdirmək üçün gərəkli olan əsas informasiyanın- Provayderlərin istifadə etdikləri ATS –lərin resursları haqqında məlumatı verməkdən RİTN –nin imtina etməsi təəssüflə qarşılanıb. Provayderlərin ATS –lərdə istifadə etdikləri telefonun xətlərinin sayı haqqında, xüsusilə dövlət ATS- lərində istifadə olunan xətlər haqqında məlumatın təqdim edilməməsi internet ictimaiyyəti tərəfindən internetin keyfiyyəti üzərində ictimai nəzarətin gerçəkləşdirilməsində RİTN-nin maraqlı olmaması kimi dəyərləndirilib. Toplantıda informasiya sorğusuna cavab vermədiyinə görə, həmçinin milli İnternet ünvanların qeydiyyatı ilə bağlı qanunvericiliyin tələblərini kobud surətdə pozduğuna görə RİTN-nin məhkəməyə verilməsi məsələsinin araşdırılması, ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımların davam etdirilməsi vacib hesab olunub.
Hər bir Provayder tərəfindən alınan internet trafikin həcmi ilə bağlı informasiyaların Delta-Telekom şirkətinin saytında yerləşdirilməsi istiqamətində atılan addımlar müsbət dəyərləndirilib.
Milli İnternet Mükafatı ilə bağlı Müsabiqənin keçirilməsi Qaydalarında dəyişikliklər və əlavələr müzakirə edilərək qəbul edilib. Müsabiqənin daha ədalətli və şəffaf keçirilməsi məqsədilə Münsiflər tərindən qiymətləndirmənin yazılı olaraq əsaslandırılması, müsabiqədə qalib gələn resursun növbəti 3 il ərzində müsabiqədə iştirakına icazə verilməməsi, müsabiqə qaydalarını pozanlara qarşı tədbirlərin sərtləşdirilməsi, Nominasiyaların yeni prinsip əsasında müəyyən edilməsi haqqında əsasnamədə dəyişikliklər edilib. Eyni zamanda Müsabiqənin daha uğurlu yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi tərəfindən bir sıra zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib
AİF- in toplantısında son dövrlərdə Google şirkətinə məxsus internet resurslarda yer alan Azərbaycanla bağlı qeydi-dəqiq informasiyalar, Azərbaycana məxsus ərazilərin buradakı xəritələrdə təhrif edilməsi müzakirə olunub. Bu problemin ciddi olaraq araşdırılması, konkret faktların müəyyən edilməsi və bunun əsasında qısa müddətdə Google şirkətinə rəsmi müraciət edilməsi qərara alınıb.
AİF
Tel :    492-44-44
Veb:   www.aif.az
E-mail: info@cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>