Azərbaycan internetinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi yolları ətrafında müzakirələr aparılıb

Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun gəlməyən bu tendensiyaya son qoyulmasının vacibliyi vurğulanıb. Müzakirələrdə ölkənin qlobal şəbəkəyə bağlantı sürətinin artdığı, ölkənin internet trafikinin əsas hissəsinə nəzarət edən Delta Telekom (keçmiş AzerSat) ilə Provayderlər arasında bağlantı kanallarının qiymətlərində son dövrlərdə xeyli enmələr olduğu qeyd edilib. Bununla belə istifadəçilər üçün qiymətlərin hələ də yüksək olmasının səbəbləri ətrafında ciddi müzakirələr aparılıb. Özəl Provayderlərin xərclərinin xeyli yüksək olması, bu xərclərin xeyli hissəsinin ATS-lərdə quraşdırılan avadanlıqlar üçün icarə  xərcləri təşkil etdiyi qeyd olunub. Həmçinin özəl provayderlər tərəfindən rabitə müəssisələrinə müxtəlif ödəmələrin edildiyi, bu tariflərin yüksək olması , uzun müddətdən bəri  bu tariflərin dəyişilmədiyi, eyni zamanda qeyri-qanuni ödəmələrin də edildiyi vurğulanıb. Özəl Provayderlər tərəfindən hər bir  müştəriyə görə rabitə müəssisələrinə qanunvericilikdə nəzərdə tutulmayan haqq verildiyi vurğulanıb. Bir sıra hallarda özəl Provayderlərin xidmətlərindən istifadə edilməsə müəyyən əngəllər yaradıldığı  bildirilib. Dövlət Provayderi tərəfindən qiymət endirimlərinin daha sürətlə aparıldığı bildirilsədə, eyni zamanda bu cür tendensiyanın haqsız rəqabət mühiti yaratdığı və sonda daha ağır nəticələr  verə biləcəyi də qeyd olunub. Bütövlükdə ölkə üzrə bu sektorda  liberallaşmanın  zəif  getməsinin AzNet-in inkişafına  ciddi əngəllər  törətdiyi bildirilib.İnternetin populyarlaşması, Provayderlər tərəfindən reklam və marketinq işlərin daha səmərəli qurulması istiqamətində təkliflər irəli sürülüb.Bununla bağlı müzakirələrin yekununda Azərbaycan İnternetində qiymətlərin endirilməsi və keyfiyyətin yaxşılaşdırılması istiqamətində Təkliflərin hazırlanması və qısa müddətdə hökumətə təqdim edilməsi məqsədəuyğun hesab olunub. Toplantıda milli internet ünvanların(.az domeninin) qeydiyyatının tənzimlənməsi istiqamətində də müzakirələr aparılıb. Hazırda mövcud  Qeydiyyat prosesinin beynəlxalq normalara və ölkə qanunvericiliyinə cavab vermədiyi bildirilib. Telekommunikasiya haqında Qanuna uyğun olaraq İnternet ictimaiyyətinin maraqlarına cavab verən Qeydiyyat qurumunun indiyədək formalaşmaması, ümumi maraqlara cavab verən Qeydiyyat Qaydalarının olmaması mənfi hal kimi qeyd olunub. Qeydiyyat prosesində şəffaflığın yetərincə olmaması, OnLine qeydiyyat prosesinin yaradılmadığı vurğulanıb.Az  domeninin Qeydiyyat  prosesinin legitimləşdirilməsi üçün RİTN-lə birgə qanunvericilikdə nəzərdə tutulan addımların atılmasının vacibliyi  qeyd olunub. Qanunvericiliyə uyğun Qeydiyyat Qurumu formalaşanadək konkret işlərin görülməsi üçün əlaqədar qurumların iştirakı ilə İşçi Qrupunun formalaşdırılması zəruri hesab edilib.AİF-in toplantısında növbəti ayda “Uşaqların Internetdə təhlükəsizliyi: real vəziyyət və perspektivlər” movzusunda Dəyirmi Masanın keçirilməsi məqsədəuyğun hesab olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>