Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin Məlumatı
Multimedia Mərkəzi tərəfindən 04 noyabr 2011 – ci il tarixdə , saat 10.00-da , Beynəlxalq Mətbuat Mərkəzində “Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Tədbirdə dövlət xidmətlərinin elektron formada təqdim edilməsi sahəsində mövcud vəziyyət ətrafında müzakirələr aparılacaq və Multimedia Mərkəzinin bu istiqamətdə hazırladığı Təkliflər müzakirə olunacaq. Hansı xidmətlərin elektron formada təqdim edilməsinin zəruriliyi, vahid Portala verilən tələblər, vətəndaş –hökumət münasibətlərinin effektiv qurulmasında elektron xidmətlərin əhəmiyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə diskussiya aparılacaq.
Dəyirmi Masada Prezidentin 23 may 2011-ci il tarixli Elektron xidmətlərin təşkili ilə bağlı Sərəncamında nəzərdə tutulanların gerçəkləşməsi istiqamətində vətəndaş cəmiyyətinin rolu ilə bağlı müzakirələr aparılacaq.
Müzakirələrin yekununda əldə olunan Təkliflər ümumiləşdirilərək hökumətə təqdim olunacaq.
Dəyirmi Masada dövlət orqanlarının, vətəndaş cəmiyyəti subyektlərinin, beynəlxalq təşkilatların və media qurumları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org