Hər bir dövlət qurumu üzrə elektron formada göstərilən xidmətin adı, əldə olunması və istifadə qaydasını özündə əks etdirən məlumat toplusu hazırlanıb və www.informasiya.org saytında yerləşdirilib.
Monitorinq prosesində elektron xidmətlər üzrə 50 dövlət qurumunun rəsmi internet resursları (Prezidentin, Milli Məclisin Nazirlər Kabinetinin , Nazirliklərin, Dövlət Komitələrinin, İcra hakimiyyətlərinin , Məhkəmələrin və s ) analiz olunub.
Monitorinq nəticəsində məlum olub ki, az sayda olsa da ayrı-ayrı dövlət qurumları tərəfindən klassik formada təklif olunan adi xidmətlərin addım-addım elektron formaya keçirilməsinə başlanıb. Əksər dövlət qurumları tərəfindən yalnız müraciət, əlaqə və sual-cavab üçün, müxtəlif formaların əldə olunması üçün elektron formadan istifadə olunur. 16 dövlət qurumu tərəfindən heç bir xidmət elektron formada təqdim olunmur. Yalnız 5 dövlət qurumunun saytında< Qaynar Xətt xidməti haqqında məlumat qoyulub. Bir dövlət qurumunun təqdim etdiyi xidmət istisna olmaqla, vətəndaşlar və hüquqi şəxslər üçün ciddi əhəmiyyət kəsb edən xidmətlərin heç birisi elektron formaya keçirilməyib.
Ölkədə hələ də “Elektron hökumət” quruculuğu üzrə konkret Proqram qəbul edilmədiyindən, infrastruktur problemləri həll olunmadığından, hökumət tərəfindən zəruri elektron xidmətlərin Baza siyahısı təsdiqlənmədiyindən, həmçinin lazımi maarifçilik işləri aparılmadığından vətəndaşların böyük əksəriyyəti bu imkanlardan yararlana bilmirlər.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir
Geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.cit.az
www.informasiya.org
info@informasiya.org