Milli Net Təşkilat Komitəsi Milli Net -2011-in yekunlarını müzakirə etdi

sx_293482301_dp

Milli İnternet Mükafatı – Milli Net Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
Toplantıda Milli Net 2011-in yekunları müzakirə edilib. 4 ay davam edən Müsabiqə prosesinin ümumən uğurla başa çatması qeyd edilib.
Toplantıda həmçinin Müsabiqənin gedişində qarşıya çıxan problemlər, şikayətlər və onları yaradan səbəblər ətrafında müzakirələr aparılıb.
Toplantıda gələcəkdə Milli Net in daha uğurlu alınması istiqamətdə Təkliflər səslənib.
Toplantıda Nominasiyaların və Səsvermə kriteriyalarının təkmilləşdirilməsi istiqamətində səmərəli Təkliflər irəli sürülüb. Xüsusilə 1-ci mərhələ səsvermə prosesinin daha təkmil səsvermə mexanizminin hazırlanmasının vacibliyi bildirilib. Bu məqsədlə müəyyən ictimai müzakirələrin də keçirilməsinin faydalı olacağı qeyd olunub. Müsabiqəyə təqdim edilən saytların keyfiyyəti məsələsinə gələcəkdə daha ciddi yanaşmanın vacibliyi vurğulanıb.
Toplantıda irəli sürülən Təkliflərin AİF- in yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulan ümumi yığıncağında müzakirəyə çıxarılması qərara alınıb.
Toplantıda Milli Net –in rəsmi saytının təkmilləşdirilməsinin də vacibliyi vurğulanıb.
Təşkilat Komitəsinin toplantısında Müsabiqəyə dəstək verdiklərinə görə Azercell və Delta Telekom şirkətlərinə, Təqdimat mərasiminin təşkilinə köməkliyə görə RİTN-ə təşəkkür edilib.
Toplantıda Müsabiqənin Münsiflər Komissiyasının bir sıra üzvləri də iştirak edib

Milli Net
Təşkilat Komitəsi
Millinet.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>