Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin Məlumatı

multimrdia_merkeziTəqdimat mərasimində Layihə çərçivəsində keçirilən Treninqləri başa vuran 52 nəfər jurnalistə Sertifikatlar təqdim olunub.
Tədbirdə həmçinin Layihə çərçivəsində hazırlanan“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı təqdim olunub.
Təqdimat mərasimində BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Xəzər TV-nin əməkdaşı, professor Qulu Məhərrəmli, İREX – Medianın nümayəndəsi Ələsgər Məmmədli, TURAN Agentliyinin direktoru Mehman Əliyev, BDU-nun dosenti Zaur Babayev, Sahil İnformasiya Texnologiyaları Mərkəzinin direktoru VahidQasımov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova, Kitab Klubunun əməkdaşı Fazil Kərimov, Xəbərlər.az İnternet Portalının redaktoru Ellada Mustafayeva və digərləri çıxış ediblər. OnlarSertifikat alanlara uğurlar arzulayıb və kitabın ölkədə İnformasiya Cəmiyyəti quruculuğunda müsbət rol oynayacağını bildiriblər.
Təqdimat mərasimində Medianın, Vətəndaş Cəmiyyəti subyektlərinin, İKT ictimaiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Daha geniş məlumat www.cit.az saytında yerləşdirilib.
Layihə İREX Media təşkilatı tərəfindən dəstəklənib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
E-mail: info@informasiya.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>