“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və problemlər” mövzusunda Dəyirmi Masa keçirilib.

Dəyirmi Masada AİF-in prezidenti Osman Gündüzün “Uşaqların İnternetdə təhlükəsizliyi” mövzusunda və İntel –in nümayəndəsi Emin Axundovun “Təhsil sektorunda çeşidləmə(filtrasiya)” mövzularında təqdimatları olub. Təqdimatlarda uşaqların zərərli informasiyalardan qorunma yolları və metodları  haqqında məlumat verilib. Dövlət qurumlarının, məktəblərin, valideynlərin və ictimai qurumların əməkdaşlığının zəruriliyi vurğulanıb. Bu sahədə hüquqi –normativ bazanın təkmilləşdirilməsi, təşkilati, texniki-texnoloji və metodiki-informasiya təminatı işlərinin görülməsinin vacibliyi diqqətə çatdırılıb.
Müzakirələrdə  Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev, Ombudsman Aparatının nümayəndəsi Faiq Ağayev, İTV Rəqəmsal Dünya Proqramının rəhbəri Füzuli Məcidov, 204 saylı , 189 saylı məktəblərin və Avropa Liseyinin müəllimələri  Almaz Həsrət, Natiqə Tarıverdiyeva, Rəhilə Əliyarzadə, Sağlamlığa Çağırış QHT Alyansının koordinatoru Aytəkin Əsgərova, Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin nümayəndəsi Rauf Qasımov, Sahil İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Vahid Qasımov,  BarCamp –Azərbaycan qurumunun koordinatoru İlqar Mirzə, Təhsil Nazirliyinin nümayəndəsi  Akif Əliyev və RİTN-nin şöbə müdiri Rüfət Gülməmmədov çıxış ediblər.
Çıxışlarda uşaqların İntrenetdə təhlükəsizliyin qorunması istiqamətdə kompleks tədbirlərin görülməsi və bu istiqamətdə  əlaqəli qurumların iştirakı ilə İşçi Qrupunun yaradılması vacib hesab olunub. Həmçinin bu istiqamətdə məcburi addımların, qadağaların   sayının azaldılması və maarifçilik işinin gücləndirilməsinə daha çox  diqqət yetirilməsi vacib hesab olunub. Eyni zamanda faydalı milli kontentin bolluğunun da  uşaqların zərərli informasiyalara meyl etməsinin qarşısını ala biləcəyi  fikirləri səslənib. Zərərli informasiyaların  məktəb səviyyəsində  və məktəb provayderi səviyyəsində filtrasiyasının reallaşdırılmasının zəruriliyi qeyd olunub. Sonda uşaqların təhlükəsizliyinin təmin olunması üçün dövlət , özəl və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığı çərçivəsində effektiv mexanizmlərin yaradılması və tətbiqi üçün bu cür müzakirələrin davam etdirilməsinin  vacibliyi qeyd olunub. Bu istiqamətdə hazırlanacaq Təkliflərin müvafiq qurumlara təqdim olunacağı bildirilib
Dəyirmi Masada müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin, Vətəndaş Cəmiyyəti subyektlərinin, özəl sektorun və beynəlxalq qurumların  nümayəndələri  iştirak edib.

Geniş məlumatwww.cit.az –da  yerləşdirilib.
AİF
Tel: 492 44 44
www.cit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>