Azərbaycan İnternet Forumunun məlumatı

logoRİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə HP şirkətinin nümayəndəsi  Rasim Bəxşi “Ölkədə İKT bazarının inkişafı” mövzusunda , AİF-in prezidenti Osman Gündüz “İnformasiya  azadlığının gerçəkləşməsində informasiya  texnologiyalarının rolu” mövzularında   jurnalistlər  qarşısında çıxış ediblər.  Onların  təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində cari ilin sonunadək  keçirilməsi  nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “İnternet Jurnalistika” “Azərbaycan dilində informasiya  axtarışının effektiv üsulları” mövzularında məşğələlər təşkil olunacaq.
Məlumat  verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsi də  keçirilir. Hazırda Müsabiqə qaydalarına  uyğun olaraq materialların təqdim olunması  davam edir.
Əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə Azərbaycan İnternet Forumu HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az

AİF
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>