“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

Internet forum0 (1)_1Dəyirmi Masada informasiya azadlığının gerçəkləşməsi üçün qanunvericilikdə yaradılması nəzərdə tutulan İctimai informasiya Mərkəzlərinin formalaşması sahəsində mövcud vəziyyət və problemlər ətrafında müzakirələr aparılacaq. İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması ilə bağlı Multimedia Mərkəzi tərəfindən
hazırlanan Təkliflər təqdim olunacaq. Həmçinin dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin Monitorinqinin nəticələri açıqlanacaq.
Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “İnformasiya azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması” Layihəsi çərçivəsində keçirilir.
Daha geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.

Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>