Azərbaycan İnternet Forumu

İdarə Heyətinin yığıncağında AİF-in aşağıdakı istiqamətlər üzrə İşçi Qruplarının yaradılması qərara alınıb. – İnternet və hüquq. İnternetin tənzimlənməsi məsələləri. – Milli internet resurslarının inkişafı.  -Media və ictimaiyyətlə əlaqə, beynəlxalq əlaqələr.  -İnternet texnologiyaların inkişafı . -Virtual ictimaiyyət və s, Yığıncaqda Provayder və istifadəçi münasibətlərinin sivil normalara uyğun qurulması ətrafında müzakirələr aparılıb. Rabitə Nazirliyi tərəfindən qəbul edilən «İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları»  adlı sənəd ətrafında fikir mübadiləsi aparılıb. Sənədin AR qanunvericiliyinə uyğunluğu məsləsinin araşdırılaraq müvafiq rəy hazırlanması İşçi Qrupuna tapşırılıb. Eyni zamanda «İnternet xidmətindən istifadə Qaydaları»nın yeni Layihəsinin də hazırlanması üzrə Qrup yaradılıb.
Yığıncaqda, son dövrlərdə  İnternet bazarının bir sıra subyektləri tərəfindən «Unlimited (limitsiz)» internet xidməti üzrə  qiymətlərin məhdudlaşdırılması (minimal hədd müəyyənləşdirilməsi) ətrafındakı məlumatlara münasibət bildirib. Bununla bağlı  rəsmi informasiya daxil olduqdan sonra rəsmi mövqe hazırlanması haqda razılıq əldə olunub. Prinsip kimi qəbul edilib ki, İnternet istifadəçilərin hüquqlarının tapdanmasına,bazar subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olacaq hər hansı bir saziş yolverilməzdir.

AİF İdarə Heyəti
Tel : 98-72-56
Email : info@cit.az
Veb : www.cit.az
Mobil : 8(50/55) 311 70 45

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>