Azərbaycan İnternet Forumun Məlumatı

Aparılan müşahidələr nəticəsində məlum olub ki, may ayının 3-cü ongünlüyündən etibarən eyni gündə qeyd olunan qiymətlər birdən-birə 50% qaldırılıb. Bütün bunlar isə, bir sıra provayderlərin müəyyən təsirlər altında istifadəçilərin maraqlarına zidd bloklaşma istiqamətində fəaliyyətindən xəbər verir. Görünür, qeyri-qanuni olaraq tətbiq edilən 20 min manatlıq haqqın Provayderlərin üzərinə qoyulması ilə bağlı təkliflər də təsadüfi deyilmiş.Əməliyyat-axtarış tədbirləri ilə bağlı Provayderlərin ofislərində yerləşdiriləcək avadanlıqlarınn da xərcinin provayderlərdən çıxacağını (sonda isə təbii ki, istifadəçilərdən) nəzərə alsaq bütövlükdə AzNet-in inkişafı üçün əngəllər yaranacağı şəksizdir.
Azərbaycan İnternet Forumu baş verənləri, əlverişli bazar uğrunda aparılan ədalətsiz qeyri-qanuni mübarizə kimi dəyərləndirir ,İnternet istifadəçilərin hüquqlarının tapdanmasına,bazar subyektləri arasında azad rəqabətin məhdudlaşdırılmasına səbəb olacaq hər hansı saziş və yaxud bloklaşmanı yolverilməz hesab edir.
AİF eyni zamanda , bir sıra dövlət məmurlırı tərəfinədn Provayderlər üçün qeyri-bərabər şərait yaradıldığını, onlar arasında ayrı-seçkilik edildiyini və haqsız start vəziyyətləri yaradıldığını bəyan edir. Bununla belə AİF hesab edir ki, hər bir halda AzNet-in və internet istifadəçilərin mənafeyi əsas götürülməli, provayderlər öz haqları və sərbəst bazar şərtləri uğrunda  mübarizədə ədalətli və qanuni üsullarla  üstünlük verməlidirlər. AİF müvafiq dövlət ,özəl və qeyri-hökumət qurumları ilə problemi bir daha araşdırdıqdan sonra özünün növbəti toplantısında məsələni müzakirə etməyi nəzərdə tutur.

AİF
Tel : 98-72-56
Email: info@cit.az
Veb: www.cit.az
Mobil : 8(50/55) 311 70 45

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>