Azərbaycan İnternet Forumunun və “Multimedia” Mərkəzinin Məlumatı

Birtərəfli qaydada ciddi« qayçılanmaya » məruz qalıb. Açıqlamada «İnternet senzurası» ilə bağlı Mərkəzlə  RN arasında məhkəmə çəkişməsi başlayan andan RN-nin təzyiqləri əsasında Space TV ilə «Multimedia» Mərkəzi arasında soyuq münasibətlər yarandığı  vurğulanır.  RN-ninTV rəhbərliyinə təzyiq imkanlarının mövcüd olduğunu nəzərə alaraq çəkilişdən öncə O.Qunduzov tərəfindən «obyektivlik və fikir plüralizminə əməl olunması mümkün olmayacaqsa, çəkilişdən imtina edirəm» fikri proqramın rəhbərliyinə çatdırılıb. Proqramın rəhbərliyisə tam ədalətli bir veriliş hazırlanacağını bəyan edib.
AİF və «Multimedia» Mərkəzi təəsüflə bildirir ki, «Bu Bizik»-in rəhbərliyi «qayçılama» prosesində kifayət qədər ədalətsiz mövqe tutmuş, ölkədə «İnternet senzurasının» mövcudluğu, «Ümumi telefon Şəbəkəsindən istifadəyə qarşı qoyulan məhdudiyyətlər», «RN-nin qeyri-qanun tarif siyasəti», «RN-nin inhisarçı mövqeyi» ilə bağlı fikirlər tamamilə çıxarılmışdır. «Qayçılama» əməliyyatının əsasən O. Qunduzovun çıxışında deyilmiş fikirlərə qarşı yönəldiyi bildirilir,verilişin böyük bir hissəsinin İKT probleminə dəxli olmayan , əsasən cari xarakterli fəaliyyətə yönəldiyi vurğulanır. AİF-in və «Multimedia» Mərkəzinin açıqlamasında «Bu bizik» proqramının rəhbərliyinin bu hərəkətinin «müstəqil TV» adını öz üzərinə götürmüş Space TV-yə şərəf gətirmədiyi vurğulanır.
Azərbaycan İnternet Forumu
Multimedia Mərkəzi
Veb: www.cit.az
Email: i
Tel: 97-32-96

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>