“Exo”qəzetinə verdiyi müsahibədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz milli domenlərin qeydiyyatı sahəsindəki vəziyyət, qiymətlər və problemlər haqda danışır.
- Payızda Bakıda Beynəlxalq İnternet İdarəçiliyi üzrə keçiriləcək forumla əlaqəli olaraq siz xüsusi müraciət hazırlamısınız. Müraciətdə .az domeninin qeydiyyat prosesi toxunulan əsas məsələdir. Bu proses hansı formada aparılır və prosesə kim nəzarəti edir?
- .az domeni 20 ildən artıqdır ki, fəaliyyətdədir. 1993-cü ildən etibarən, müxtəlif orqanlar az domeninin qeydiyyatı ilə məşğul olublar. Eyni zamanda bəzi dövlət və qeyri-dövlət orqanları bu prosesi öz nəzarəti altına almaq istəyiblər. Son 10 il ərzində Azərbaycanda qeydiyyat prosesini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qeyri-qanuni icazəsi olan İNTRANS şirkəti həyata keçirir. İCAAN və İANA-nın(domenlərin qeydiyyatdan keçirilməsi prosesi üzrə məsul beynəlxalq təşkilatlar) rəsmi saytında yalnız bu şirkətin adı qeyd edilib. Bir tərəfdən, İNTRANS domen bazasına texniki dəstəyi həyata keçirir. Bundan əlavə, şirkət administrativ məsələlərlə, daha dəqiq desək, sənədlərin qəbulu, araşdırılması və müqavilələrin bağlanması ilə məşğul olur. Qeyd etmək lazımdır ki, İNTRANS bu prosesdə birbaşa iştirak etmir. İNTRANS sənədlərin qeydiyyatdan keçirilməsi ilə məşğul olan özünün bir-neçə şirkətini yaradıb. Digər ölkələrdən fərqli olaraq,Azərbaycanda müstəqil qeydiyyatçılar bazarından hələlik söhbət belə gedə bilməz.
Əslindəsə, bu prosesin tənzimlənməsini qannvericiliyə uyğun olaraq müvafiq icra orqanı digər əlaqəli qurumlarla birgə həyata keçirməlidir. Sirr deyil ki, internet idarəçiliyi sistemində əsas ictimai təşkilat Azərbaycan İnternet Forumudur. Lakin bu qurum, həmçinin digər uyğun təşkilatlar bu prosesdən kənarda qalıblar. Biz hesab edirik ki, əgər internet-ictimaiyyəti bu prosesdə iştirak etmirsə, onda qeydiyyat ədalətsiz şəkildə aparılır, proses yerli və beynəlxalq qanunvericiliyə ziddir.
- Beynəlxalq təcrübə necədir ? Bu proses MDB ölkələrində hansı formada aparılır?
Beynəlxalq təşkilatlar üçün milli domenlərin qeydiyyatı prosesində dövlətin xüsusi çəkisinin çox olması, tam nəzarəti, həmçinin bu sferada monopoliya qəbuledilməzdir. Bizim araşdırmalarımız göstərir ki, Azərbaycanda olan vəziyyət heç bir qonşu ölkədə yoxdur. Rusiyada, Gürcüstanda, Avropa ölkələrində hətta Mərkəzi Asiya ölkələrində belə, qeydiyyat prosesi bir şirkətin monopoliyası altında deyil. Misal üçün, Rusiyada domenlərin qeydiyyatı prosesində, bu ölkənin internet ictimaiyyətini təmsil edən təşkilat və həmçinin dövlət orqanı iştirak edirlər. Bəzi Mərkəzi Asiya Ölkələrində, qeydiyyat prosesində dövlətin xüsusi çəkisi kifayət qədərdir, hər halda, bu və ya digər səviyyədə internet ictimaiyyətinin maraqları təmin olunur. Buna baxmayaraq, bu prosesi tənzimləyən 2 beynəlxalq təşkilatın qızıl qaydasına əsasən, milli domenlərin qeydiyyatdan keçirilməsi internet ictimaiyyətinin maraqlarına cavab verməlidir.
Özbəkistanda 8-10 müstəqil təşkilatın qeydiyyat prosesi ilə məşğul olmasını qeyd etmək kifayətdir. Vəziyyətin problemli tərəfi odur ki, Azərbaycanda bu sahədə inhisarçılıq hökm sürür. Bundan əlavə qeydiyyat prosesinin özündə şəffaflıq yoxdur. Təsəvvür edin, Azərbaycanda domen qeydiyyatının onlayn forması hələ də yoxdur. Hətta Afrika ölkələrində belə 10 illərdir belə imkan mövcuddur. Azərbaycanda bütün qeydiyyat prosesi domenin yoxlanılması ilə başlayır (domenin boş olduğundan əmin olmaq lazımdır). Bunun ardınca e-mail yazmaq lazımdır, hansı ki, ondan sonra sizə cavab gələcək ki, müqavilə götürüb qeydiyyat qurumunun ofisinə getməlisiniuz. Daha sonra şəxsiyyəti təsdiq edən sənəd gətirmək lazımdır. Bir sözlə, bu proses bürokratik əngəllərlə doludur.
- Siz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi icazənin qeyri-qanuniliyi haqqında danışdınız…
- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İNTRANS şirkəti üçün bütün imkanları yaradıb. Məsələ burasındadır ki, RİTN İNTRANSA, güya ki, internet ictimaiyyətinin bu şirkəti milli domenlərin qeydiyyatı sferasında dəstəkləklədiyini göstərən göndəriş təqdim edib. Bu göndəriş əsasında İNTRANS İCAAN-in icazəsini alıb. Bu prosesin qeyri-qanuniliyi ondadır ki, RİTN, telekomunikasiya haqqında qanuna əsasən internet ictimaiyyətinin bu məsələ ilə bağlı fikirini öyrənməlidir. Lakin, bu məsələ ilə bağlı internet ictimaiyyətinin fikrini heç kim öyrənməyib. Düzdür, ədalət xatirinə qeyd etmək lazımdır ki, bir neçə il bundan əvvəl RİTN bu prosesi qanuniləşdirməyə çalışdı, amma bu iş axıra qədər görülmədi.
- Siz qeyd etdiniz ki, Azərbaycanda domenlərin onlayn qeydiyyadı həyata keçirilmir. Bunun səbəbi nədir?
- Bu sahə tamamilə inhisarlaşdırılıb, ona görə də inkişaf üçün heç bir stimul yoxdur. İNTRANS tərəfindən yaradılan şirkətlərdə oflayn rejimdə qeydiyyat prosesində göstərilən xidmətin səviyyəsi aşağıdır, bürokratik əngəllər var. Misal üçün, regionda yaşayan vətəndaş milli domen əldə etmək üçün paytaxta gəlməli və 40 manat ödəməlidir. Onlayn resursun oflayn rejimdə əldə edilməsi uzun müddətdir ki, davam edir. Məsələ burasındadır ki, onlayn rejimdə hər şey səffafdır və bürokratizm və korrupsiya imkanları üçün imkan yoxdur. Problem ondadır ki, bəziləri üçün bu sərfəli deyil, oflayn rejimdə prosesi öz nəzarətin altında saxlamaq daha asandır, və bu səbəbə görə də qeydiyyatın onlayn rejimə keçirilməsi həyata keçirilmir.
Biz dəfələrlə müvafiq orqanlara domenlərin qeydiyyatı sferasında çatışmazlıqların olması ilə əlaqədar olaraq müraciət etmişik, lakin bütün cəhdlər boşa çıxıb. Bəzən iddia edirlər ki, onlayn qeydiyyat elektron müqavilə ilə bağlıdır, hansı ki, buna da Vergilər Nazirliyi icazə vermir. Mənim fikrimcə, bu əsassız iddiadır. Vergilər Nazirliyi özü artıq 10 ildir ki, elektron sənədləşmə praktikasından istifadə edir. Əgər siz təsadüfən həftə sonunda internet resursun ünvanını dəyişmək və yaxud onu başqa serverə yönləndirmək istəsəniz, ciddi problemlərlə üzləşəcəksiniz. Nəzərə alsaq ki, qeydiyyat şənbə və bazar günləri işləmir onda siz bazar ertəsinə qədər gözləməli olacaqsınız. Təsəvvür edin ki, bunlar müharibə şəraitində olan və orbitə peyk buraxmaq istəyində olan ölkənin informasiya resurslarına göstərilən xidmətin indiki vəziyyətidir.
WHOIS adlı xidmət növü var, hansı ki, bütün qeydiyyatçılar və İP-ünvanlarla bağlı məlumat verir. Baxmayaraq ki, İANA-nın bazasında az domenlərinin qeydiyyatı üçün whois.az ünvanı göstərilib, lakin bu resursda qeydiyyatla bağlı heç bir informasiya yoxdur.
- Azərbaycanda domenin qeydiyyatdan keçirilməsi neçəyə başa gəlir və qiymətlər qonşu ölkələrdən nə qədər fərqlənir?
- Biz hesab edirik ki, Azərbaycanda domenin qiyməti yüksəkdir. Eyni zamanda Azərbaycan uzun müddət domenin qeydiyyat qiymətinə görə, ümumiyyətlə dünyada 1-ci yerdə idi. Təsəvvür edin, vaxt vardı ki, Azərbaycanda domenin qeydiyyat qiyməti 500 dollara çatırdı. RİTN və İNTRANSla aparılan uzunmüddətli mübarizələrdən sonra bu qiymət 200-300 dollara endi. Müəyyən islahatlar keçiriləndən sonra qeydiyyatın qiyməti 40 manata qədər endirildi (20 manat qeydiyyata görə, 20 manat da texniki dəstəyə görə ödəmək lazımdır). Beynəlxalq praktikada isə texniki dəstək ümumi qeydiyyat prosesindən ayrılmayıb. Bütün dünyada texniki xidmət domenin qeydiyyatı qiymətinə daxildir. Qonşu Rusiyada domenin qeydiyyatdan keçirilməsi 5-6 dollar təşkil edir. Domeni qeydiyyatdan keçirənin kimliyindən asılı olaraq proses ümumiyyətlə 3-4 dollar da təşkil edə bilər. Ümumiyyətlə, ölkədən asılı olaraq domenin qeydiyyat qiyməti bir neçə dollardan 20-30 dollara qədər dəyişə bilər. Odur ki, Azərbaycanda domenin qeydiyyatdan keçirilmə dəyəri, qiymətlər endiriləndən və islahatlar aparılandan sonra yenə də çox yüksək olaraq qalır.
Əgər siz internetdə araşdırma aparsanız, onda görəcəksiniz ki, beynəlxalq qeydiyyatçılar .az domenini hətta 400-500 manata satırlar. Qalır yalnız müvafiq instansiyalardan bunun necə baş verdiyini öyrənmək…
Buna baxmayaraq Azərbaycanın resursları imkan verir ki, domenin qeydiyyatı milli maraqlara cavab versin və daha ucuz olsun. Domenin qeydiyyat qiyməti yüksək olduğuna görə, Azərbaycanda milli domenlərin inkişafı üzrə ən aşağı dinamika qeydə alınır. Qeydiyyat prosesinin mürəkkəb və bahalı olması insanların beynəlxalq domenlərə üstünlük verməsinə gətirib çıxarır. Bu isə yalnız internet ictimaiyyətinin məsələsi deyil, eyni zamanda bütövlükdə ölkənin milli təhlükəsizliyi məsələsidir. Qəribə olan budur ki, hələ də heç bir dövlət orqanı bu istiqamət üzrə araşdırma aparmayıb və öz narahatçılığını bildirməyib.
- Az milli domenin qeydiyyat dinamikası necədir? Artım və ya azalma varmı?
- Əvvəlki illərlə müqayisədə, 300-500 domen artımının müşahidə olunması tamamilə təbii haldır. Amma, əgər Azərbaycandakı artımı qonşu ölkələrin artımı ilə müqayisə etsək onda aydın olur ki, ölkədə artım lazım olduğu səviyyədə deyil. Bundan əlavə milli domenlərin inkişaf dinamikası ilə ölkədə İnternetin inkişafı və bütövlükdə Azərbaycanın iqtisadi inkişafı arasında uçurum var. Misal üçün, son illərdə Azərbaycanda internet gözəçarpacaq templə inkişaf edir, hansı ki, bu internet qiymətlərinin kəskin düşməsi ilə bağlıdır. Amma milli domenin və qeydiyyat bazarının inkişafı internetin inkişaf templəri ilə üst-üstə düşmür.
2009-cu ildən İCAAN, domenləri milli əlifbaya əsasən qeydiyyatdan keçirməyə də icazə verib. Azərbaycan İnternet Forumu bu məsələni birinci müzakirə etdi və biz RİTN-ə bu problemin həlli yollarını təklif etdik. Lakin, hələki bu istiqamətdə işlərin getdiyi gözə çarpmır.
- Milli domenlərin təhlükəsizliyi hansı səviyyədə təmin olunur?
- Yuxarıda qeyd etdiyimiz kimi, İNTRANS-ın funksiyalarından biri də texniki dəstəyin təmin olunmasıdır. Etiraf etmək lazımdır ki, milli domenlərin təhlükəsizliyi müəyyən səviyyədə təmin olunur. Biz dəfələrə qonşu ölkələrdə milli domenlərin vasitəsilə kiber-cinayətlərin törədilməsinin şahidi olmuşuq. Azərbaycanın milli domenlərində bu cür insidentlər yaşanmayıb. Lakin, hesab edirəm ki, milli domenlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması üçün milli informasiya resurslarının təhlükəsizliyi üzrə məsul orqanlar və idarələr də bu prosesə qoşulmalıdırlar.
- Milli domenlərin qeydiyyatı prosesindəki şəraitin normallaşdırılması üçün siz nə təklif edirziniz?
- Yuxarıda qeyd etdiyimiz kimi, biz bu problemi dəfələrlə müzakirə etmişik və RİTN-ə müraciət yollamışıq. Mən rabitə naziri ilə son görüşüm əsnasında bu məsələni qaldırmışam. Öz növbəsində, nazir də bu sahənin qaydaya salınması fikri ilə razılaşdı. Bu problemlə əlaqədar RİTN-də yaxın zamanlarda daha bir görüş nəzərdə tutulub. Mən ümid edirəm ki, biz bu məsələni həll edə biləcəyik.
Bildiyimiz kimi, bu ilin noyabr ayında Azərbaycanda İnternet İdarəçiliyi üzrə beynəlxalq forum keçiriləcək. Forumda müxtəlif ölkələrdən 2 mindən artıq qonağın iştirak edəcəyi gözlənilir. Bir sözlə dünyanın bütün internet ictimaiyyətinin diqqəti Azərbaycana yönələcək. Azərbaycan İnternet Forumu ölkəmizdə bu cür tədbirlərin keçirilməsini alqışlayır. Eyni zamanda, biz hesab edirik ki, belə tədbirlər İnternet sferasındakı problemlərin müzakirəsi üçün platforma rolunu oynayırlar. Bununla əlaqədar olaraq biz, dövlətin və ölkə ictimaiyyətinin qarşısında milli domenlərin qeydiyyatının problemlərini aktuallaşdırırıq ki, foruma qədər bu problemlər öz həllini tapsın.
İnternet sahəsində digər problemlər də vardır. Lakin İnternet idarəetməçiliyi baxımından milli domenlərin qeydiyyatdan keçirilməsi 1-ci dərəcəli problemdir. Hesab edirəm ki, noyabra qədər biz RİTN ilə birlikdə bu problemin həll olmasına nail olacayıq. Çətin ki, RİTN-də Azərbaycanın İnternetinin imicinin kimlərinsə korporativ maraqlarına qurban verilməyi ilə razılaşsınlar. Bu məsələyə qanunvericilik bazası və ölkənin internet ictimaiyyətinin maraqları baxımından yanaşmaq lazımdır. Fikrimcə, milli domenlərin qeydiyyatı sahəsində ölkənin internet ictimaiyyətinin maraqlarına uyöun ictimai qurum yaratmaq lazımdır. Bu təşkilat domenlərin qeydiyyatı üçün ümumi qaydalar tərtib etməlidir. Bundan əlavə bu təşkilat qeydiyyat qurumlarının əhatəsini genişləndirməlidir. Eyni zamanda qiymət sahəsində islahatlar aparılmalı, whois.az-ın funksionallığına və onlayn qeydiyyat sisteminin şəffaflığına nail olmaq lazımdır.