Milli İnternet Mükafatı – Milli Net 2011 – in təqdimetmə mərasimi keçirilib.

sx_268803593_dp23 dekabr tarixdə Ambassodor otelində Milli İnternet Mükafatı – Milli Net 2011 – in təqdimetmə mərasimi keçirilib.
Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin üğürla başa çatdığını bildirib
O, Azərbaycan İnternetinin inkişafında , milli internet resursların yaradılmasında mühüm əhəmiyyət kəsb edən Müsabiqənin Qaydalarının da gələcəkdə daha da təkmilləşdiriləcəyini bildirib. Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Azercell Telekom və Delta Telekom şirkətlərinə minnətdarlığını bildirib.
Təqdimat mərasimində RİTN-nin şöbə müdiri İsfəndiyar Əliyev çıxış edərək Azərbaycan İnternetinin inkişafı istiqamətində bü cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
O, ölkədə İKT –nin inkişafı istiqamətində son dövrlərdə ciddi addımlar atıldığını qeyd edib.
Təqdimat mərasimində Azercell şirkətinin mətbuat qrupunun rəhbəri Anar Cahangirli çıxış edərək İnformasiya texnologiyalarının inkişafına hər zaman dəstək olduqlarını və Milli Net müsabiqəsinin ölkədə İnternetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. İnternet ictimaiyyətinin nümayəndələri , İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri qaliblərə mükafatları təqdim edərək arzularını bildiriblər.
Çıxış edənlər Müsabiqənin Azərbaycan İnternetinin inkişafında ciddi əhəmiyyət daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Qaliblərin siyahısı millinet.az da yerləşdirilib.
Təqdimat mərasiminin gedişi İnternetdə birbaşa yayımlanıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun , ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Milli Net-2011 Müsabiqəsinə RİTN, Azercell Telekom və DeltaTelekom şirkətləri dəstək veriblər.
Daha geniş məlumat və Təqdimat mərasimindən hazırlanan geniş foto-reportajlar millinet.az da yerləşdiriləcək.
Təqdimat mərasimində çəkilmiş fotolar:
https://picasaweb.google.com/109113897421946954354/MilliNet2011#

Milli Net TK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>