Osman Gündüz: “İnternet həm KİV-dir, həm də KİV deyil, kommunikasiyadır…”

osman-gunduz“Biz hökumətin müvafiq səylərini dəyərləndiririk. İnternetdə təhqir və böhtanın qarşısı alınmalıdır. Amma internet peykini göyə qaldıran ölkə qanuna internetlə bağlı 6 aylıq cəza tətbiq edəndə bu, qəribə görünür”. Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) USAİD təşkilatı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə keçirdiyi “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin perspektivləri” mövzusunda dəyirmi masada Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz əlavə edib ki, qanunun tətbiqi və ümumiyyətlə məsələyə kompleks yanaşaraq müəyyən mexanizmlər müəyyən edilməlidir. “Çünki İnternet həm KİV-dir, həm də KİV deyil, kommunikasiyadır” – deyə, o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) USAİD təşkilatıAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə keçirdiyi İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin perspektivləri” mövzusunda dəyirmi masa davam edir.

Femida.az

Comments are closed.