Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

logoToplantıda Milli Net 2011 Müsabiqəsinin gedişi, .az domeninin qeydiyyatı prosesindəki problemlər və digər cari məsələlər müzakirə edilib.
Toplantıda Milli Net TK Təşkilat Komitəsinin məlumatı dinlənilib. Müsabiqənin Qaydalara müvafiq olaraq uğurla davam etdiyi qeyd olunub. Müsabiqəyə təqdim olunan resursların qeydiyyatı prosesinin aktivləşdirilməsinin zəruriliyi və müsabiqə ilə bağlı reklam-informasiya işlərinin gücləndirilməsinin vacibliyi qeyd olunub. AİF tərəfindən Milli Net 2011–də səsvermə prosesini gerçəkləşdirəcək Münsiflər Komissiyasının tərkibi təsdiq olunub.
AİF- in toplantısında .az domeninin qeydiyyat prosesinin qanunvericiliyə və beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində uzun müddətdən bəri davam edən problemin hələ də həllini tapmadığı bildirilib. Qeydiyyatla bağlı İnternet ictimaiyyətinin maraqlarına cavab verən qurum formalaşmayıb, online qeydiyyat sistemi yaradılmayıb və şəffaflıq təmin olunmayıb. Son dövrlərdə isə .az domeninin qeydiyyatında məsuliyyətsizlik və özbaşınalıq hallarını gücləndiyi qeyd olunub. Cari ildə ölkədə İnternetin İdarəolunması üzrə Beynəlxalq Forumun keçiriləcəyini baxımından bu problemin həllinin daha da aktual olması diqqətə çatdırılıb. Toplantıda bu problemin həlli ilə bağlı bir daha RİTN-lə danışıqlar aparılması, birgə Qeydiyyata qaydalarının və qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləmə mexanizminin yaradılması istiqamətində nəzərdə tutulan işlərin davam etdirilməsi vacib hesab edildi.
Toplantıda həmçinin ölkədə Yeni media sahəsində aparılan işlərlə, İnternetin keyfiyyət-qiymət probleminin həlli ilə bağlı, yeni Backbone provayderin fəaliyyətə başlaması, elektron xidmətlərin təqdim edilməsi istiqamətində atılan addımlar haqqında məlumatlar dinlənilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>